Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025” beynəlxalq turnirində daha beş medal qazanıblar
Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025” beynəlxalq turnirinin ikinci günündə daha beş medal qazanıblar.
"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, bu gün yarışlar Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edib.
2011-2012 təvəllüdlü idmançıların 500 metr məsafəyə kayak yarışında Mustafa Vəlizadə bürünc mükafat qazanıb.
Eyni məsafəyə 2009-2010 təvəllüdlülərdən Əlimurad Hacızadə gümüş medala sahib çıxıb.
2011-2012 təvəllüdlü avarçəkənlərdən Mustafa Vəlizadə/Elmir Tarverdiyev cütü gümüş, Sənan Cəfərzadə/Tahir Mövsümov cütü bürünc mükafat əldə edib.
Nəhayət, 2006-2007 təvəllüdlülərdən Nurlan Paşayev akademik avarçəkmədə gümüş medal qazanıb.
Qeyd edək ki, turnir mayın 2-də başa çatacaq. Ötən gün Suqovuşandakı yarışda idmançılarımız 3 bürünc mükafat əldə edib.
Oxşar xəbərlər
Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025” beynəlxalq turnirinin ilk günündə 3 medal qazanıblar
"Mingəçevir reqatası-2024”: Azərbaycan avarçəkənləri ilk gündə 9 medal qazanıblar
Azərbaycan təmsilçiləri "Mingəçevir reqatası-2024”ü 24 medalla başa vurublar
Azərbaycan təmsilçisi Mingəçevirdəki reqatada qızıl medal qazanıb
Azərbaycanın daha iki təmsilçisi "Mingəçevir reqatası-2024”də medal qazanıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











