sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Böyük Dəbilqə": Azərbaycanın daha iki cüdoçusu bu gün mübarizəyə qoşulacaq
Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin ikinci günündə Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulacaq.
"Report"un məlumatına görə, 73 kq mübarizə aparan Vüsal Qələndərzadə 1/8 finalda Yunlonq Qou (Çin) / Anqsarbek Qaynullin (Qazaxıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
81 kq çəkidə çıxış edən Süleyman Şükürov isə 1/8 finalda Monqolustan təmsilçisi Batsuqar Qansux ilə qarşılaşacaq.
Yarışın növbəti günü Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.
Qeyd edək ki, ötən gün Balabəy Ağayev (60 kq) qızıl medal qazanaraq yığmanın aktivinə ilk mükafatı yazdırıb.
"Böyük Dəbilqə" turnirinə mayın 4-də yekun vurulacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə başlayır
Azərbaycan cüdoçularının "Böyük Dəbilqə" turnirindəki rəqibləri bəlli olub
"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə qoşulacaq
"Böyük Dəbilqə": Azərbaycanın dörd cüdoçusu finala yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Biləsuvarda son 5 ildə aqrar sektora 50 milyon manat investisiya qoyulub
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
