sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Böyük Dəbilqə": Azərbaycanın dörd cüdoçusu finala yüksəlib
Bakıda təşkil olunan "Böyük Dəbilqə" turnirinin ikinci günündə Azərbaycanın dörd cüdoçusu finala yüksəlib.
"Sizinxeber.az" xəbər verir ki, 73 kq çəkidə yarışan Rəşid Məmmədəliyev finalda yaponiyalı cüdoçu Tatsuki İşihara ilə üz-üzə gələcək.
Eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə isə bürünc medal uğrunda digər Yaponiya idmançısı Ryuqa Tanaka ilə üz-üzə gələcək.
Zelim Tçkayev (81 kq) qızıl medal uğrunda Kanadanı təmsil edən Fransua Qotye Drapö ilə qarşılaşacaq. Bu çəkidə digər cüdoçumuz Ömər Rəcəbli isə üçüncü yer üçün bəhreynli Askerbyi Qerbekovla tatamiyə çıxacaq.
Qeyd esək ki, final qarşılaşmaları saat 17:00-da başlayacaq.
Oxşar xəbərlər
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb - YENİLƏNİB
"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu finala yüksəlib
"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Bakıdakı "Böyük Dəbilqə"də bürünc medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













