Avarçəkmə millisinin böyük məşqçisi: "Nəticələrimizin yüksək olacağını əvvəlcədən proqnozlaşdırırdıq"
sizinxeber.az xəbər saytı

Avarçəkmə millisinin böyük məşqçisi: "Nəticələrimizin yüksək olacağını əvvəlcədən proqnozlaşdırırdıq"


Azərbaycan avarçəkmə millisinin kayak növü üzrə böyük məşqçisi Mirnazim Cavadov yığmanın "Prezident Kuboku-2025" beynəlxalq reqatasındakı nəticələrini dəyərləndirib.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan avarçəkmə millisinin kayak növü üzrə böyük məşqçisi Mirnazim Cavadov deyib.

Mütəxəssis jurnalistlərə açıqlamasında yığmanın "Prezident Kuboku-2025" beynəlxalq reqatasındakı çıxışını dəyərləndirib:

"Yarışa yaxşı hazırlaşmışıq. Bunun nəticəsi olaraq turnirin ilk günü idmançılarımız 3 bürünc medal qazandılar. Bu gün də 1 gümüş və 1 bürünc medalı aktivimizə yazmağı bacardıq. Nəticələrimizin yüksək olacağını əvvəlcədən proqnozlaşdırırdıq. Əlimurad Hacızadədən bu gün qızıl medal gözləyirik. O, 1000 metr məsafəyə olan yarışda rəqiblərini üstələməyə çalışacaq".

Baş məşqçi uğurlarının davamını Avropa və dünya çempionatlarında gətirmək istədiklərini bildirib:

"Şübhəsiz ki, "Prezident Kuboku-2025"də qazanacağımız nəticələr bizim üçün önəmlidir. Mingəçevirdəki reqatada gücümüzü bir qədər də artırıb, dünya və Avropa çempionatlarına hazırlaşmaq istəyirik".

Qeyd edək ki, Azərbaycan idmançıları yarışın ilk iki günündə 1 gümüş və 4 bürünc medal qazanıblar.

Oxşar xəbərlər

Azərbaycan millisinin böyük məşqçisi cüdoçuların "Böyük Dəbilqə"dəki çıxışını dəyərləndirib
Azərbaycan millisinin baş məşqçisi: "Cüdoçularımız Gimnaziadada yaxşı təcrübə qazandılar"
Suqovuşanda "Prezident Kuboku-2025" beynəlxalq turnirinə start verilir
Azərbaycan təmsilçiləri "Mingəçevir reqatası-2024”ü 24 medalla başa vurublar
Azərbaycan millisinin böyük məşqçisi: “Hakimlər Bolqarıstanda qızıl medal qazanmağımıza mane oldular"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle