Azərbaycan millisinin böyük məşqçisi: “Hakimlər Bolqarıstanda qızıl medal qazanmağımıza mane oldular"
Hakimlər qızıl medal qazanmağımıza mane oldular.
Bunu “Report”a açıqlamasında Azərbaycanın kişi boksçulardan ibarət millisinin böyük məşqçisi Nəriman Abdullayev Bolqarıstanda keçirilən "Strandja" turnirinin nəticələrini dəyərləndirərkən deyib.
Mütəxəssis yarışda qızıl medal qazana bilməmələrinə görə hakimləri günahlandırıb:
“Strandja” hər il Bolqarıstanda keçirilir və çox güclü turnirdir. Hətta kiçik dünya çempionatı sayılır. Yarışda 16 boksçu ilə iştirak etdik. Boksçularımız göstərdilər ki, doğrudan da bu yarışda medallar qazana bilərlər. Hakimlər qızıl medal qazanmağımıza mane oldular. Heç olmasa, iki boksçumuzdan birinə qızıl medal verməli idilər. Buna baxmayaraq, 2 gümüş və 2 bürünc medal qazandıq. Qazaxıstan, Özbəkistan, İrlandiya, İngiltərə və Gürcüstan boksçularına qalib gəlmişik. Nəticələrimiz demək olar yaxşıdır. Çoxdandır belə uğurlar olmurdu”.
N.Abdullayev qarşıdakı planlardan danışıb:
“Bolqarıstandan qayıtıqdan sonra əsas yığma yenidən fiziki hazırlığa başlayıb. Bakıda bizi “İpək yolu” beynəlxalq turniri gözləyir. Daha sonra dünya çempionatına hazırlaşacağıq”.
Qeyd edək ki, Azərbaycan boksçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq “Strandja” turnirini 2 gümüş və 2 bürünc medalla başa vurublar.
Oxşar xəbərlər
Azərbaycan gimnastları Britaniyada yarışda 1 qızıl, 1 bürünc medal qazanıblar
Azərbaycan gimnastları beynəlxalq turnirdə 1 qızıl, 1 bürünc medal qazanıblar
Paris-2024: Azərbaycan medal sıralamasında 23-cü sırada yer alıb
Azərbaycan güləşçiləri Albaniyada dünya çempionatında 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar
Azərbaycan güləşçiləri dünya çempionatında 2 qızıl, 3 gümüş, 3 bürünc medal qazanıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
