Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər
sizinxeber.az xəbər saytı

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər


Azərbaycanın daha bir cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazana bilər.

"Report" xəbər verir ki, yarımfinalda məğlub olan Rəşid Məmmədəliyev (73 kq) üçüncü yer uğrunda görüşə çıxacaq.

Fidan Əlizadə (57 kq) isə əvvəlki raundda uduzaraq mübarizəni dayandırıb.

Ötən gün beş idmançı qüvvəsini sınayıb və yalnız Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Oxşar xəbərlər

Avropa çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazana bilər
Avropa çempionatı: Azərbaycanın daha iki cüdoçusu mübarizəyə başlayır
"Böyük Dəbilqə": Azərbaycanın daha iki cüdoçusu bürünc medal qazana bilər
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında qızıl medal qazanıb
Avropa çempionatı: Azərbaycanın beş cüdoçusu mübarizəyə başlayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle