Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb
sizinxeber.az xəbər saytı

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb


Azərbaycanın daha bir cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"Sizinxeber.az" xəbər verir ki, yarımfinalda məğlub olan Rəşid Məmmədəliyev (73 kq) üçüncü yer uğrunda görüşdə Daniel Zeqedini (Macarıstan) üstələyib.

Bu, Azərbaycan cüdoçularının turnirdə qazandığı ikinci mükafat olub.

Ötən gün təmsilçilərimiz arasında Əhməd Yusifov (60 kq) bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Oxşar xəbərlər

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər
Avropa çempionatı: Azərbaycanın daha iki cüdoçusu mübarizəyə başlayır
Avropa çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazana bilər
Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında bürünc medal qazanıb
Avropa çempionatı: Azərbaycanın beş cüdoçusu mübarizəyə başlayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle