Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
apr
2025
19:30

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb - YENİLƏNİB

25 apr, 2025
19:30
639

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb - YENİLƏNİB

Azərbaycanın daha bir cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb. 

"Report"un məlumatına görə, Murad Fətiyev (90 kq) bürünc mükafata sahib çıxıb.

O, üçüncü yer uğrunda görüşdə fransalı Aleksis Metyunu məğlub edib. 

Daha əvvəl Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

19:01

Azərbaycanın daha bir cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, Zelim Tçkayev (81 kq) bürünc mükafata sahib çıxıb.

O, üçüncü yer uğrunda görüşdə moldovalı Petru Pelivana qalib gəlib. 

Daha əvvəl Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Bizimlə əlaqə saxlayın