Avropa çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazana bilər
sizinxeber.az xəbər saytı

Avropa çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazana bilər


Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

"Sizinxeber.az"un məlumatına görə, o, təsəlliverici görüşdə milli komandanın digər üzvü Turan Bayramovu məğlub edib.

Bu gün tatamiyə çıxan Ruslan Paşayev (66 kq), Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) əvvəlki raundlarda uduzaraq medal şanslarını itiriblər.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Oxşar xəbərlər

Avropa çempionatı: Azərbaycanın beş cüdoçusu mübarizəyə başlayacaq
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında qızıl medal qazanıb
"Böyük Dəbilqə": Azərbaycanın daha iki cüdoçusu bürünc medal qazana bilər
Azərbaycan cüdoçusu dünya çempionatında gümüş medal qazanıb
Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında bürünc medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle