Naxçıvanda “Konstitusiya və Suverenlik İli”nə həsr olunan idman yarışları keçirilib
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunan idman yarışları keçirilib.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, yarışların keçirilməsində məqsəd şəxsi heyət arasında fiziki keyfiyyətlərin inkişaf etdirilməsi, mənəvi-psixoloji xüsusiyyətlərin tərbiyə edilməsi, həmçinin idman növlərinin geniş yayılmasına nail olmaqdır.
Yarışlardan öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra iştirakçılara yarışların qaydaları barədə məlumat verilib.
Struktur qurumların hərbi qulluqçuları və xüsusi rütbəli əməkdaşlarından ibarət yığma komandalar uzunluğa və hündürlüyə tullanma, turnikdə dartınma və 2400 metr məsafəyə qaçış növləri üzrə yarışlarda iştirak ediblər.
Sonda ilk 3 yeri tutan komandalar medal və fəxri fərmanla təltif olunublar.
Oxşar xəbərlər
Naxçıvan MR FHN-nin əməkdaşları arasında idman yarışları keçirilib
Naxçıvan Muxtar Respublikasının FHN-nin əməkdaşları arasında idman yarışları keçirilib
MM-in “Konstitusiya və Suverenlik İli”nə həsr olunan xüsusi iclasının vaxtı müəyyənləşib
Azərbaycan Ordusunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş hərbi təlimlər keçiriləcək
Bu il idman yarışları və beynəlxalq turnirlər, “Zəfər yürüşü” tədbirləri təşkil ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













