Naxçıvan Muxtar Respublikasının FHN-nin əməkdaşları arasında idman yarışları keçirilib
sizinxeber.az xəbər saytı

Naxçıvan Muxtar Respublikasının FHN-nin əməkdaşları arasında idman yarışları keçirilib


Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunan idman yarışları keçirilib.
Nazirlikdən Sizinxeber.az-ya verilən məlumata görə, yarışların keçirilməsində məqsəd şəxsi heyət arasında fiziki keyfiyyətlərin inkişaf etdirilməsi, mənəvi-psixoloji xüsusiyyətlərin tərbiyə edilməsi, həmçinin idman növlərinin geniş yayılmasına nail olmaqdır.
Yarışlara başlanmazdan öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra iştirakçılara idman yarışlarının keçirilməsinin planı, məqsədi və keçirilmə qaydaları barədə məlumat verilib.
Struktur qurumların hərbi qulluqçuları və xüsusi rütbəli əməkdaşlarından seçilən yığma komandalar uzunluğuna və hündürlüyə tullanma, turnikdən dartınma və 2400 metr məsafəyə qaçış idman növləri üzrə yarışlarda iştirak ediblər.
Sonda ilk 3 yeri tutan komandalar medal və fəxri fərmanla təltif olunublar.

Oxşar xəbərlər

“Sərhədçi” İdman Mərkəzinin yaradılmasının 15-ci ildönümü münasibətilə tədbir keçirilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN əməkdaşları idman dırmanması yarışında yüksək nəticələr qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfərbərlik Xidməti yaranma gününü qeyd edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəhid övladları üçün “Təhsil” adlı yay düşərgəsi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət qurumlarının əməkdaşları arasında yarış keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər