sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Milanda təşkil olunacaq Qış Olimpiya Oyunlarının büdcəsi 1,9 milyard dollara yüksəlib
2026-cı ildə İtaliyanın Milan şəhərində təşkil olunacaq Qış Olimpiya Oyunlarının büdcəsi 1,9 milyard dollara yüksəlib.
"Report" xəbər verir ki, bu barədə yarışın təşkilat komitəsi məlumat yayıb.
Büdcə əvvəlki açıqlanan rəqəmlə müqayisədə 112 milyon dollar artıb. Ancaq büdcəyə Kortina Dampezzoda bobsley idmanı üçün trası (131 milyon dollar) və Milanda yeni xokkey arenası (300 milyon dollar) kimi obyektlərin, həmçinin avtomobil və dəmir yollarının tikintisi üçün vəsait nəzərdə tutulmayıb.
İtaliya hökuməti infrastrukturun yaradılması üçün əlavə 1 milyard dollar ayıracaq.
Qeyd edək ki, 2022-ci ildə baş tutan Pekin Olimpiadasının büdcəsi 4 milyard dollar olub.
Oxşar xəbərlər
BMT-nin 2024-cü il üçün büdcəsi təsdiqlənib
Pentaqon bu il hərbi kəşfiyyata 29,8 milyard dollar xərcləyib
Polşa ilk AES-in tikintisi üçün təxminən 15 milyard dollar ayıracaq
Qəzzanın yenidən qurulmasına 53,1 milyard dollar lazımdır
Ukraynanın beynəlxalq ehtiyatları yanvarda 43 milyard dollara düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













