Sizinxeber.az » İdman » Fərdi » Avstraliyada içərisində timsahlar olan çay Yay Olimpiya Oyunları üçün yararsız hesab edilib

Avstraliyada içərisində timsahlar olan çay Yay Olimpiya Oyunları üçün yararsız hesab edilib

Beynəlxalq Avarçəkmə Federasiyası Avstraliyanın Kvinslend ştatında içərisində timsahlar olan Fitsroy çayını 2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunları üçün yararsız hesab edib.

"Report" qurumun mətuat xidmətinə istinadən xəbər verir ki, Fitsroy çayı daha əvvəl ştat hökuməti tərəfindən Yay Olimpiya və Paralimpiya Oyunları zamanı avarçəkmə yarışlarına ev sahibliyi etmək üçün təklif olunub.

Lakin federasiya sözügedən ərazidə təhlükəsizliyin yetərli olmadığı qənaətinə gəlib. Halbuki, Fitsroy çayı son illərdə Avstraliyanın avarçəkmə üzrə Olimpiya komandasının məşq məkanı olub. Burada mütəmadi olaraq universitetlərarası yarışlar keçirilib.

Qeyd edək ki, 2032-ci il Yay Olimpiya Oyunları Brisben şəhəri və ətraf Cənub-Şərqi Kvinslend bölgəsində keçiriləcək. Brisben Oyunlara ev sahibliyi edəcək üçüncü Avstraliya şəhəri olacaq. Əvvəllər analoji turnir Melburn (1956) və Sidneydə (2000) təşkil edilib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !