Yeniyetmələr arasında Qış Olimpiya Oyunları İtaliyada keçiriləcək
sizinxeber.az xəbər saytı

Yeniyetmələr arasında Qış Olimpiya Oyunları İtaliyada keçiriləcək


2028-ci ildə yeniyetmələr arasında Qış Olimpiya Oyunları İtaliyada keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) növbədənkənar sessiyasında qəbul edilib.

Yarış ölkənin şimalındakı Valtellina Dolomites bölgəsində baş tutacaq. İtaliyanın müraciəti dekabr ayında BOK-un icraiyyə komitəsi tərəfindən təsdiqlənib.

Yeniyetmələrin Qış Olimpiya Oyunları dörd ildən bir keçirilir. Ötən il yarışa Cənubi Koreya ev sahibliyi etmişdi.

Növbəti Qış Olimpiya Oyunları 2026-cı ildə reallaşacaq.

Oxşar xəbərlər

MOK rəsmiləri Olimpiya Komitələri Assosiasiyasının 27-ci Baş Assambleyasında iştirak edirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər