Azərbaycan stolüstü tennisçiləri “WTT Youth Contender” beynəlxalq yarışına qatılıblar
Azərbaycan stolüstü tennisçiləri Almaniyada və Çexiyada keçirilən “WTT Youth Contender” beynəlxalq yarışına qatılıblar.
"Sizinxeber.az" Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Onur Quluzadə və Tunar Bağırov martın 12-dək millinin baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Berlində baş tutan yarışda iştirak edəcəklər.
Yağmur Məmmədli və Aylin Əsgərova isə məşqçi Elnur Hidayətzadənin rəhbərliyi altında Havirov şəhərindəki sınaqlarda bacarıqlarını göstərəcəklər.
Qeyd edək ki, bu gün startı verilən “WTT Youth Contender” turniri martın 12-nə qədər davam edəcək. Martın 14-dən 16-dək isə oğlanlar Havirovda, qızlar Berlində təşkil olunacaq anoloji yarışda mübarizə aparacaqlar.
Oxşar xəbərlər
Azərbaycanın stolüstü tennisçiləri Qətərə yollanıblar
Azərbaycanın stolüstü tennisçiləri “WTT Youth Contender” turnirini 3 medalla başa vurub
Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda beynəlxalq yarışda iştirak edəcəklər
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə finala yüksəliblər
Azərbaycanın stolüstü tennisçiləri Dubayda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
