Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə finala yüksəliblər
sizinxeber.az xəbər saytı

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə finala yüksəliblər


Azərbaycan stolüstü tennisçiləri Türkiyənin Nevşehir şəhərində təşkil olunan “WTT Youth Contender” beynəlxalq turnirində finala vəsiqə qazanıblar.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, Onur Quluzadə ilə Yağmur Məmmədli U-15 yaş qrupunun qarışıq-qoşa kateqoriyasında ən azı gümüş medalı təmin ediblər.

Quluzadə - Məmmədli tandemi sabah keçiriləcək həlledici qarşılaşmada Türkiyə təmsilçiləri ilə üz-üzə gələcək.

Xatırladaq ki, Onur Quluzadə ilə Yağmur Məmmədli yanvarda Dohada keçirilən “WTT Youth Star Contender” yarışının qarışıq-qoşa kateqoriyasında bürünc mükafata layiq görülmüşdü.

Oxşar xəbərlər

Azərbaycanın stolüstü tennisçiləri Qətərdə keçirilən beynəlxalq turnirdə üçüncü yeri tutublar
Azərbaycanın stolüstü tennisçiləri Dohada daha bir mükafat qazanıblar
Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda üç medal qazanıblar
Azərbaycanın stolüstü tennisçiləri Dubayda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycanın stolüstü tennisçiləri Qətərə yollanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər