Azərbaycanın stolüstü tennisçiləri  “WTT Youth Contender” turnirini 3 medalla başa vurub
sizinxeber.az xəbər saytı

Azərbaycanın stolüstü tennisçiləri “WTT Youth Contender” turnirini 3 medalla başa vurub


Azərbaycanın stolüstü tennisçiləri Türkiyənin Nevşehir şəhərində təşkil olunan “WTT Youth Contender” turnirini 3 medalla başa vurub.

Federasiyadan "Sizinxeber.az"a verilən məlumata görə, yarışın son günündə U-15 kateqoriyasının şəxsi turnirində mübarizə aparan Onur Quluzadə komandanın aktivinə növbəti medalı yazdırıb.

Yarımfinalda Türkiyə təmsilçisi Kenan Kahramanla qarşılaşan idmançı 2:3 hesabı ilə məğlub oıaraq bürünc mukafatla kifayətlənib.

Qeyd edək ki, O.Quluzadə U-17 kateqoriyasında da fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı. Qarışıq-qoşa yarışında isə Onur Quluzadə və Yağmur Məmmədli cütlüyü U-15 kateqoriyasında baş mükafata layiq görülmüşdü.

Oxşar xəbərlər

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə finala yüksəliblər
Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə keçirilən turnirin qızıl medalını qazanıblar
Azərbaycanın stolüstü tennisçiləri Birləşmiş Ərəb Əmirliklərində keçirilən turniri 4 medalla başa vurublar
Azərbaycanın stolüstü tennisçiləri Qətərdə keçirilən beynəlxalq turnirdə üçüncü yeri tutublar
Azərbaycan stolüstü tennisçisi Türkiyədəki beynəlxalq turnirdə bürünc medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər