Azərbaycan millisinin baş məşqçisi: "Avropa birinciliyində komandanın liderlərinin çıxışından razı qalmadım"
Türkiyədə keçirilən Avropa birinciliyində komandanın liderlərinin çıxışından razı qalmadım.
Bunu "Sizinxeber.az"a açıqlamasında Azərbaycanın qılıncoynatma millisinin baş məşqçisi Çingiz Mustafayev Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa birinciliyindəki nəticələri dəyərləndirərkən deyib.
Mütəxəssis Çində keçiriləcək dünya çempionatında daha yaxşı nəticəyə ümid etdiyini söyləyib:
"Avropa birinciliyinə tam heyətlə qatılmışdıq. Komandanın liderlərinin çıxışından razı qalmadım. Bəzi idmançılarımızdan gözləntilərimiz daha yüksək idi. Lakin pozitiv məqamlar da oldu. Yeniyetmə qılıncoynadanlarımız yaxşı mübarizə apardılar. Abbas Hüseynov və Vahab Fətullayev medal qazana da bilərdilər. Səhvlərimizi gördük. Nələrin üzərində işləməli olduğumuzu bilirik. İnanıram ki, Çində keçiriləcək dünya çempionatına qədər idmançılarımızın çıxışını təhlil edərək, daha yaxşı nəticə göstərəcəyik. Ümid edirəm ki, Çindən uğurlu nəticə ilə qayıdacağıq".
Qeyd edək ki, Azərbaycanın şpaqa millisi Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa birinciliyində 8-ci yeri tutub.
Oxşar xəbərlər
Azərbaycan millisinin baş məşqçisi: "Onur Quluzadənin Avropa birinciliyində də medal qazanacağına ümid edirik"
NTD-nin baş məşqçisi: "Komandanın müdafiə mövqeyində problem var"
Maks Ferstappen Bakı Qran-prisində öz çıxışından razı qalmayıb
Azərbaycan millisinin baş məşqçisi: Tarixi nəticəyə imza atdığımıza görə sevinirəm
Azərbaycanın çimərlik futbolu millisinin baş məşqçisi dünya çempionatında çıxışı dəyərləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













