NTD-nin baş məşqçisi: "Komandanın müdafiə mövqeyində problem var"
Komandanın müdafiə mövqeyində problem var.
"Report" xəbər verir ki, bunu NTD-nin baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Basketbol Liqasının XIV turunda "Sabah" ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis məğlubiyyətə görə məyus olduqlarını bildirib:
“İlk iki periodda komandanın oyunundan razı qalmadım. Xüsusi ilə müdafiədəki çıxışına görə narazı oldum. Hücumda heç bir problem yoxdur. Biz 85 xal topladıq. Avropa basketbolunda bu yaxşı göstəricidir. Amma eyni zamanda rəqibə 96 xal verdik. Hətta "Neftçi"yə qarşı keçirdiyimiz son matçda rəqibə 100 xal toplamağa imkan verdik. Müdafiə üzərində işləyəcəyik. Bu çox vacibdir. Xəstəlik səbəbindən Detrek Brauninq oyunu buraxdı. O, çox vacib oyunçudur. Ümumilikdə oyunçularımız yüksək səviyyədə mübarizə apardılar. Onlar təslim olmadılar. Matçdan əvvəl müdafiədə sərt oynamalı, foul etməkdən qorxmamalı olduğumuzu demişdim. Görüşün əvvəlində oyunçularımız bunu etmirdilər. Amma fasilədən sonra müdafiədə daha sərt oynamağa başladılar. Kambek alınmadı, amma düşünürəm ki, növbəti qarşılaşmada daha yaxşı oynayacağıq”.
Qeyd edək ki, "Sabah" - NTD qarşılaşması birincilərin 96:85 hesablı qələbəsi ilə yekunlaşıb.


width="220" alt="NTD klubunun baş məşqçisi: "Qalib gəlsəydik, hər şeydən razı qalardım"" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />