Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib.
"Report" xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov hər iki görüşdə Misrətdin İskəndərova qalib gəlməklə adını finala yazdırıb (2:0).
M.İskəndərov üçüncü yer uğrunda görüşdə iştirak etmək imkanı əldə edib.
Digər yarımfinalda Teymur Rəcəbov Rauf Məmmədovla ikinci görüşündə də heç-heçə oynayıb. Cütün taleyi sabah tay-brekdə müəyyənləşəcək.
Qadınlarda Günay Məmmədzadə ilk partiyada uduzduğu Gülnar Məmmədovadan məğlubiyyətin əvəzini çıxıb. Bu yarımfinalda hesab bərabərləşib 1:1. Sabah Məmmədzadə Məmmədovayla tay-brekdə qarşılaşacaq.
Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva hər iki partiyada bərabərə qaldığından qalib məlum olmayıb. Bu dueldə də finalçı tay-brekdə müəyyənləşəcək.
Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.
Oxşar xəbərlər
Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsi bu gün başlayır
Şahmat üzrə Azərbaycan çempionatında yarımfinalın ilk oyunları keçirilib
Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ikinci oyunları baş tutacaq
Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın cavab oyunları bu gün keçiriləcək
Şahmat üzrə Azərbaycan çempionatında ilk 1/4 finalçılar müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
İranda etirazlar davam edir: Kinorejissor və general öldürüldülər
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur
-
KİV: İrandakı etirazlarda ölənlərin sayı 544-ə çatıb
-
Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib












