sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Şəmkirdə şahmat üzrə Azərbaycan çempionatının seçmə yarışları təşkil olunacaq
Şəmkir Olimpiya İdman Kompleksində şahmat üzrə 8, 10, 12, 14, 16 yaşadək oğlanlar və qızlar arasında Azərbaycan çempionatının seçmə yarışları təşkil olunacaq.
Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətindən məlumat verilib.
Turnirlər AŞF ilə Gənclə və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq yarışda yüksək yerlər tutanlar müvafiq yaş qrupları üzrə Azərbaycan çempionatında iştirak hüququ qazanacaqlar. Ölkə çempionatının seçmə yarışlarında Bakıdan əlavə, 20 şəhər və regiondan 230 yeniyetmənin iştirakı gözlənilir.
Qeyd edək ki, yanvarın 25-də başlayacaq turnir fevralın 2-də yekunlaşacaq.
Oxşar xəbərlər
Azərbaycan Şahmat Federasiyası idman jurnalistləri arasında turnir keçirib
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirib
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində İrlandiya ilə qarşılaşacaq
Azərbaycanın basketbol millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













