Baş katib: "Fiqurlu konkisürənimizin dünya çempionatında da uğurlu olacağına ümid edirik"
Ümid edirik ki, onun dünya çempionatında çıxışı da uğurlu olacaq.
Bunu "Report"a açıqlamasında Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova Azərbaycan fiqurlu konkisürəni Nərgiz Süleymanovanın dünya çempionatına vəsiqə qazanması ilə bağlı danışarkən deyib.
O, atletin yığmaya yeni qoşulduğunu xatırladıb:
"Daha əvvəl iki yarışda bacarığını göstərib. Bolqarıstanda keçirilmiş “Sofia Trophy”yə qatılmaqda da əsas məqsəd dünya çempionatına vəsiqə əldə etmək idi. Orada isə 23 atlet arasında beşinci oldu. Qısa proqram üzrə beşinci, sərbəstdə isə ikinci yeri tutmuşdu".
G.Bədəlova mundialın martın 25-30-u aralığında ABŞ-nin Boston şəhərində təşkil ediləcəyini söyləyib:
"Həmin yarışa hazırlıq məqsədi ilə "Bavarian Open" turnirində iştirakı planlaşdırılır. Nərgiz hazırda Kanadada məşqləri davam etdirir. Ümid edirik ki, Bostonda da ölkəmizi layiqincə təmsil edəcək".
Qeyd edək ki, Nərgiz Süleymanova “Sofia Trophy” turnirində 172.80 xalla beşinci olub.
Oxşar xəbərlər
Azərbaycanlı fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb
Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə beşinci yeri tutub
Azərbaycan fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb
Federasiya rəsmisi: "Avropa çempionatının 2026-cı ildə Azərbaycanda keçirilməsi üçün müraciət etmişik"
Azərbaycan fiqurlu konkisürəni Avropa çempionatında 16-cı yeri tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













