Sizinxeber.az » İdman » Fərdi » Bakıda keçirilən “AGF Trophy” beynəlxalq turnirində ikinci günün qalibləri mükafatlandırılıb

Bakıda keçirilən “AGF Trophy” beynəlxalq turnirində ikinci günün qalibləri mükafatlandırılıb

Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində ikinci günün qalibləri mükafatlandırılıb.

"Report" xəbər verir ki, yeniyetmələrdə fərdi çoxnövçülükdə gürcüstanlı Andria Kelekxsaşvili birinci, Azərbaycan təmsilçisi İlham Salayev ikinci, onun komanda yoldaşı Hüseyn Qəhrəmanov üçüncü yeri tutub.

Yeniyetmə qızlar arasında çoxnövçülükdə qazaxıstanlı Ulyana Puxova qızıl, Azərbaycan gimnastları Leyla Məmmədzadə gümüş, Albina Əliyeva isə bürünc medal qazanıb.

Yeniyetmələr yaş kateqoriyası üzrə komanda yarışında Azərbaycan birinci pillədə qərarlaşıb.

Yeniyetmələr arasında fərdi çoxnövçülükdə özbəkistanlı Sərvər Əbülfəizov birinci, ukraynalı Yuri Emelyanov ikinci, azərbaycanlı Aydın Əlizadə isə üçüncü olub.

Yeniyetmə qızlar arasında fərdi çoxnövçülükdə isə ukraynalı Kristina Qrudetska qızıl, qazaxıstanlı Mədinə Kapbassova gümüş, azərbaycanlı Xədicə Abbaszadə bürünc mükafata sahib çıxıb.

Kişilər arasında fərdi çoxnövçülükdə Azərbaycan gimnastı İvan Tixonov birinci, ukraynalı Vladislav Xriko ikinci, digər idmançımız Rəsul Əhmədzadə üçüncü yeri tutublar.

Qadınlar arasında fərdi çoxnövçülükdə özbəkistanlı Lobar Amrillayeva qızıl, azərbaycanlı Nazənin Teymurova gümüş, qazaxıstanlı Əminə Halimarden isə bürünc medala yiyələnib.

Kişilər arasında böyük və gənclərin komanda yarışında Ukrayna birinci, Azərbaycan isə ikinci yerə çıxıb. Qadınlarda da Ukrayna birinci, Azərbaycan ikinci yeri tutub.

Qeyd edək ki, martın 17-dək davam edəcək yarışda Azərbaycan, Qazaxıstan, Ukrayna, Özbəkistan və Gürcüstanın 88 idmançısı mübarizə aparır.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !