Azərbaycan güləşçisi Çində kəmər qazanıb
Azərbaycan yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Çinin Sian şəhərində keçirilmiş beynəlxalq turnirdə kəmər qazanıb.
Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
“Kəmər və yol” adlanan yarışda ölkəmizi yunan-Roma güləşi üzrə millinin 3 üzvü təmsil edib.
Ona yaxın ölkənin təmsil olunduğu turnirdə U-20 yığmasının böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında Davud Məmmədov (77 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) mübarizə aparıblar. U-23 Avropa çempionu Murad Əhmədiyev bütün rəqiblərinə qalib gələrək, kəmərə sahib çıxıb.
Qeyd edək ki, komanda Çində təlim-məşq toplanışı da keçəcək. Bu məqsədlə güləşçilər bu gün Uhan şəhərinə yollanıblar. İki həftə davam edəcək hazırlıq prosesində adı çəkilən güləşçilərlə yanaşı, Hüseyn Savadov (55 kq), Vədat Qasımlı (60 kq), Tural Əhmədov (63 kq), Fəraim Mustafayev (67 kq), Kamran Rəcəbli, Sadiq Məsimli (hər ikisi 72 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq) və Arif Niftullayev (97 kq) iştirak edəcəklər.
Oxşar xəbərlər
Azərbaycanın yunan-Roma güləşi millisi Vladiqafqazda toplanışa başlayıb
Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub - FOTO
Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyada üç medal qazanıblar
Yunan-Roma güləşi üzrə Azərbaycanın U-23 millisi Avropa çempionatının qalibi olub
Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













