Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyada üç medal qazanıblar
Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyanın Tümen şəhərində keçirilən beynəlxalq turnirdə üç medal qazanıblar.
Bu barədə "Sizinxeber.az"a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Eldəniz Əzizli (60 kq) və Ülvi Qənizadə (72 kq) finala vəsiqə qazanıblar. Onlar həlledici görüşə çıxmadıqları üçün gümüş mükafatla kifayətləniblər. Qurban Qurbanov (82 kq) isə bürünc medala sahib çıxıb.
Dünya və Avropa çempionu, olimpiya mükafatçısı Vladimir Çeboksarovun şərəfinə təşkil olunan turnirdə ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında 6 güləşçi təmsil edib. Mükafatlar uğrunda Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandaları mübarizə aparıblar.
Oxşar xəbərlər
Azərbaycanın çimərlik güləşçiləri Yunanıstanda iki medal qazanıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın sərbəst güləşçiləri Minskdə 8 medal qazanıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan güləşçiləri Qazaxıstanda 3 medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türk dövlətlərinin idmançıları Paris Olimpiadasında 41 medal qazanıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın sumo güləşçiləri dünya çempionatında üç medal qazanıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













