Azərbaycan güləşçiləri dünya çempionatında 2 qızıl, 3 gümüş, 3 bürünc medal qazanıblar
sizinxeber.az xəbər saytı

Azərbaycan güləşçiləri dünya çempionatında 2 qızıl, 3 gümüş, 3 bürünc medal qazanıblar


Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında güləşçilərimiz 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Jalə Əliyeva tarixi uğura imza ataraq, Azərbaycan qadın güləşində U-23 dünya çempionu olan ilk idmançımız ünvanına sahib çıxıb. Bu yarışda, həmçinin, Maqomed-Başir Xaniyev qızıl, Rəşad Məmmədov, Ruslan Abdullayev və Arseniy Djioyev gümüş, Nihad Quluzadə, Xasay Həsənli və Cəbrayıl Qadjiyev bürünc medal qazanıblar.

Qeyd edilir ki, böyüklər kateqoriyasına keçid dövründə qazanılmış bu nailiyyətlər gələcək perspektivlərdən xəbər verir və növbəti yarışlarda da uğurlu nəticələrə inam yaradır.

Oxşar xəbərlər

Azərbaycan güləşçiləri Albaniyada dünya çempionatında 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar
Azərbaycan güləşçisi dünya çempionatında qızıl medal qazanıb
Azərbaycanın daha bir güləşçisi dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan taekvondoçuları Albaniyada 14 medal qazanıblar
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pillədə qərarlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər