FIDE azərbaycanlı hakimi xüsusi mükafata layiq görüb
Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadası günlərində Beynəlxalq Şahmat Federasiyasının təşkil etdiyi qala gecədə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, uzun illər mötəbər şahmat yarışlarında hakim kimi çalışan Faiq Həsənov xüsusi mükafata layiq görülüb.
"Report" Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç və FIDE-nin vitse-prezidenti, AŞF-nin prezidenti Mahir Məmmədov çıxış edib.
AŞF rəhbəri çıxışında ali şahmat qurumunun yaradıcılarını xatırladıb:
“FIDE-nin tarixində ilk 100 illik möhtəşəm anlar, dahi şəxsiyyətlər və unudulmaz matçlarla yadda qaldı. Buna görə biz FİDE-nin yaradıcılarına minnətdar olmalıyıq”.
Sonra FIDE şahmat tarixində böyük xidmətləri olan şahmatçı, məşqçi və digər nominasiyalar üzrə mükafatları təqdim edib.
FIDE-nin rəsmi saytı F.Həsənovun uğurları barədə bunları qeyd edib:
“Azərbaycan şahmatının patriarxı Faiq Həsənov dünyanın güclü şahmat ölkələrindən olan Azərbaycanda bu növün inkişafında böyük xidmətlər göstərib. 1980-ci ildə beynəlxalq dərəcəli hakim adını qazanıb. O olimpiada, Dünya Kuboku, Qran-Pri, yeniyetmələr arasında və komandaların dünya çempionatında baş hakim, Se Çzyun-Syuzan Polqar arasındakı matçda isə baş hakimin müavini kimi çalışıb. 1975-ci ildən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti kimi ölkəsində şahmatın inkişafı naminə fəaliyyət göstərir. O həmçinin 55 il Azərbaycan Televiziyasında yayımlanan “Şahmat klubu” həftəlik verilişinin aparıcısı kimi tanınıb”.
Oxşar xəbərlər
Azərbaycanın Macarıstandakı səfiri FIDE-nin vitse-prezidentini qəbul edib
Mahir Məmmədov Parisdə FIDE-nin prezidenti ilə görüşüb
AŞF-nin prezidenti Parisdə Beynəlxalq Şahmat Federasiyasının rəhbəri ilə görüşüb
Arkadi Naydiçin FIDE reytinqində Azərbaycan şahmatçısı kimi göstərilməsinin səbəbi açıqlanıb
FIDE Karlsenlə Polqarı bütün zamanların ən yaxşı şahmatçıları kimi tanıyıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












