Paris-2024: Azərbaycan paracüdoçusu medal qazanmaq şansını davam etdirir - YENİLƏNİB - 2
sizinxeber.az xəbər saytı

Paris-2024: Azərbaycan paracüdoçusu medal qazanmaq şansını davam etdirir - YENİLƏNİB - 2


Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında medal qazanmaq şansını davam etdirir.

"Sizinxeber.az" xəbər verir ki, +70 kq çəkidə yer alan idmançı təsəlliverici görüşdə Venesueladan olan Danitza Yoccelinlə üz-üzə gəlməli idi.

Rəqib tatamiyə çıxmadığı üçün İsmiyeva qalib elan olunub.

O, bürünc medal uğrunda ABŞ paracüdoçusu Qarsiya Kristella ilə görüşəcək.

13:10

Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarının 1/4 final mərhələsində məğlub olub.

"Sizinxeber.az" xəbər verir ki, +70 kq çəkidə yer alan idmançı Türkiyə təmsilçisi Nazan Akına uduzub.

İsmiyeva təsəlliverici görüşə qatılacaq.

11:43

Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında 1/4 finala vəsiqə qazanıb.

"Sizinxeber.az"un məlumatına görə, +70 kq çəkidə yer alan idmançı 1/8 finalda Birləşmiş Ərəb Əmirliklərindən olan Maryam Aldhanhani ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn İsmiyeva növbəti raunda yüksəlib.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Oxşar xəbərlər

Paris-2024: Azərbaycan paracüdoçusu 1/4 finalda məğlub olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan paracüdoçusu 1/4 finala vəsiqə qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Dürsədəf Kərimova bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Dürsədəf Kərimova məğlub olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: İlham Zəkiyev 1/4 finalda uduzub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər