Paris-2024: Dürsədəf Kərimova bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB
Azərbaycan paracüdoçusu Dürsədəf Kərimova (J2 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxacaq.
"Report"un məlumatına görə, +70 kq çəkidə mübarizə aparan idmançı təsəlliverici görüşdə fransalı Prescilliya Leze ilə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Kərimova mükafat iddiasını davam etdirib. Bürünc medal uğrunda qarşılaşmada onun rəqibi çinli Honqyu Vanq olacaq.
Azərbaycan paracüdoçusu Dürsədəf Kərimova (J2 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında məğlub olub.
"Report"un məlumatına görə, +70 kq çəkidə mübarizə aparan idmançı 1/4 finalda Souza Silva (Braziliya) ilə üz-üzə gəlib.
Rəqibinə uduzan Kərimova təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
Oxşar xəbərlər
Paris-2024: Dürsədəf Kərimova məğlub olub
Paris-2024: İlham Zəkiyev və Dürsədəf Kərimova 1/4 finalda məğlub olub
Paris-2024: Azərbaycan paracüdoçusu 1/4 finalda məğlub olub - YENİLƏNİB
Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal qazanıb - YENİLƏNİB
Paris-2024: Azərbaycan paracüdoçusu 1/4 finala vəsiqə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













