Avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub
Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub.
"Sizinxeber.az" AKAF-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq yeniyetmə və gənc çempionluq uğrunda mübarizə aparıb.
Ölkə çempionatında avarçəkənlər kayak və kanoe növlərində 1 və 2 nəfərlik qayıqlarda 200, 500, 1000 metr, akademik avarçəkmədə isə 1, 2 və 4 nəfərlik qayıqlarda 1000, 1500 metr məsafədə birinci olmağa çalışıb.
Qaliblər diplom və medallarla mükafatlandırılmaqla yanaşı, oktyabrda baş tutacaq ənənəvi “Mingəçevir Reqatası” beynəlxalq turnirində iştirak edəcək heyətə cəlb olunacaqlar.
Qeyd edək ki, AKAF-ın əsas prioritetlərindən biri ölkəmizdə yeniyetmə və gənclər arasında avarçəkməni təbliğ etmək, kütləviliyi artırmaqdır. Bu yöndə görülən işlər çərçivəsində il ərzində Bakıda və Mingəçevirdə mütəmadi olaraq ölkədaxili yarışlar keçirilir.
Oxşar xəbərlər
Akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək
Avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək
Avarçəkmə üzrə açıq Bakı çempionatı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
