Qaşım Maqomedov: Qızıl medal qazanmaq istəyirdim, lakin gümüş də pis nəticə deyil
sizinxeber.az xəbər saytı

Qaşım Maqomedov: Qızıl medal qazanmaq istəyirdim, lakin gümüş də pis nəticə deyil


“Qızıl medal qazanmaq istəyirdim, lakin gümüş də pis nəticə deyil”.

“Sizinxeber.az” xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan taekvondoçusu Qaşım Maqomedov deyib.

“İdman həyatımdır və yüksək nəticələr qazanmaq üçün mütəmadi olaraq əzmlə çalışıram. Digər tərəfdən çoxdandır taekvondoda olimpiya medalımız yox idi. Şükürlər olsun ki, bunu mən bacardım. Olimpiya Oyunlarında Azərbaycan bayrağını dalğalandırdığım üçün fəxr edirəm”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Taekvondo Federasiyası bu idman növünün inkişafı üçün əlindən gələni edir.

Oxşar xəbərlər

Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pillədə qərarlaşıb
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü yerdə qərarlaşıb
Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb
Paris-2024: Azərbaycan medal sıralamasında 22-ci pilləyə yüksəlib
Paris-2024: Azərbaycan medal sıralamasında 23-cü sırada yer alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər