Azərbaycan millisinin baş məşqçisi: "Dünya çempionatında hədəf ilk üç pillədən birini tutmaqdır"
Yeniyetmə oğlan cüdoçulardan ibarət Azərbaycan millisinin Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək dünya çempionatında əsas hədəfi medal sıralamasında ilk üç pillədən birini tutmaq olacaq.
Bu barədə "Report"a yığmanın baş məşqçisi Emin İskəndərov açıqlama verib.
Mütəxəssis Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilmiş Avropa çempionatındakı nəticələri təkrarlamağa çalışacaqlarını bildirib:
"Ümidlərimiz böyükdür. Dünya çempionatının öz abu-havası var. Asiya, Şimali və Cənubi Amerika təmsilçiləri də yarışa qatıldığı üçün rəqabət güclü olacaq. Bir az gərginlik ola bilər. Amma nəticə qazanmağa çalışacağıq. Yarışa 10 idmançı ilə qatıla bilərdik. Lakin 8 cüdoçumuz iştirak edəcək. 66 və 81 kq-da təmsil olunmayacağıq. İdmançılarımız son turnirlərdə özlərini doğrulda bilmədikləri üçün onları səfərə aparmayacağıq".
E.İskəndərov mundialdakı hədəflərdən söz açıb:
"Medal sıralamasında ilk üç yerdən birini tutmaq istəyirik. Tələbimiz və istədiyimiz budur. Amma nəticələri birlikdə görəcəyik. İndidən proqnoz vermək çətindir. Rəqiblərimiz hamısı ölkələrinin bir nömrəli cüdoçularıdır. Güclü rəqabət olacaq. Rusiya və Gürcüstan idmançıları da iddialıdır. Təmsilçilərimizin üz-üzə gələcəyi cüdoçuları təhlil edirik. Bəziləri ilə qitəmiqyaslı yarışlarda qarşılaşıblar. Səhvlərimizin üzərində işləmişik. Turnirə yaxşı hazırlaşmışıq".
Qeyd edək ki, dünya çempionatı avqustun 26-31-i aralığında təşkil olunacaq.


width="220" alt="Azərbaycan cüdo millisinin baş məşqçisi: "Avropa Kubokundakı nəticələr uğurludur"" />
width="220" alt="Azərbaycan millisinin baş məşqçisi: "Avropa çempionatında qazandığımız uğuru EYOF-da təkrarlamaq istəyirik"" />
width="220" alt="Azərbaycanı Bolqarıstanda keçiriləcək dünya çempionatında 15 cüdoçu təmsil edəcək" />
width="220" alt="Azərbaycan millisinin baş məşqçisi: "Qubadakı turnir EYOF və Avropa çempionatı üçün seçim yarışı idi"" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />