Sizinxeber.az » İdman » Fərdi » Cüdo məşqçiliyi üzrə proqramın iştirakçılarına sertifikatlar təqdim olunub

Cüdo məşqçiliyi üzrə proqramın iştirakçılarına sertifikatlar təqdim olunub

Bu gün Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə proqramının iştirakçılarına sertifikatların təqdimolunma mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr idarəsinin müdiri Anar Bağırov, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu və ACF prezidentinin müşaviri Natiq Bağırov iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu dəstəyə görə BCF prezidenti Marius Vizerə, BCF Akademiyasının rəhbərliyinə, eləcə də proqramın yerli dəstəkçiləri və ekspertlərinə təşəkkürünü bildirib. Təhsil sahəsində fəaliyyətin ACF-nin ümumi strategiyasının əsas istiqamətlərindən biri olduğunu vurğulayıb və növbəti ildən etibarən daha çox beynəlxalq iştirakçıların qəbuluna şərait yaradılacağını qeyd edib. Yekunda Rəşad Rəsullu iştirakçılara sabahkı imtahanlarda uğurlar arzulayıb.

BCF Akademiyasının direktoru Envik Qalea məşqçilərin yaradılan imkanlardan maksimum yararlanaraq imtahanlardan uğurla keçəcəklərinə inamını ifadə edib. O, həmçinin iştirakçıların hamısının bu gün keçirilən kata imtahanını müvəffəqiyyətlə başa vurduğunu bildirib.

Yekunda proqrama qatılan məşqçilərə iştirakçı sertifikatları təqdim olunub.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu ilə Gənclər və İdman Nazirliyinin dəstəyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə 5-ci dəfə baş tutan proqrama Azərbaycanla yanaşı, Gürcüstan və Özbəkistandan olmaqla ümumilikdə 48 məşqçi qatılıb. İndiyə qədər isə sözügedən proqrama 245 yerli məşqçi təhsil prosesinə cəlb edilib. Onlardan 168 nəfər imtahanları uğurla başa vuraraq beynəlxalq məşqçilik diplomunu əldə ediblər.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !