Sizinxeber.az » İdman » Fərdi » Azərbaycan karateçisi: "Hələ də dünyanın ən yaxşıları arasında olduğumu göstərmək istəyirdim"

Azərbaycan karateçisi: "Hələ də dünyanın ən yaxşıları arasında olduğumu göstərmək istəyirdim"

Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında gümüş medal qazanan Azərbaycan kareteçisi İrina Zaretska (68 kq) dünyanın ən yaxşıları arasında olduğunu göstərmək istəyib.

Təcrübəli idmançı bu barədə "Report"a açıqlama verib.

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Çində baş tutan yarışın onun üçün xüsusi olduğunu bildirib:

"Uşağım dünyaya gələndən sonra ilk böyük turnirim oldu. Mən bir məqsədlə tatamiyə çıxdım. Hələ də dünyanın ən yaxşıları arasında olduğumu göstərmək istəyirdim. Turnir çox gərgin keçdi. Hər görüşdə mümkün qədər diqqəti cəmləməli və taktiki cəhətdən çevik olmalı idim. Çin təmsilçisinə 2:1, Misir idmançısına 2:0, İndoneziyadan olan karateçiyə 10:0, yaponiyalı rəqibimə isə 11:3 hesabı ilə qalib gəldim. Hər döyüş özünəməxsus əhəmiyyət kəsb edirdi. Amma hər kəs formada olduğumu və yarışa münasibətimin yüksək səviyyədə olduğunu gördü. Finaldakı məğlubiyyətə isə diqqət yetirməyin mənası yoxdur. Mən öz sahəmdə peşəkaram. Azərbaycan bayrağını bütün dunyada bir daha ucaltmaq üçün əlimdən gələni edirəm".

Zaretska növbəti hədəflərindən söz açıb:

"Azərbaycandakı MDB Oyunlarında, Səudiyyə Ərəbistanındakı VI İslam Həmrəyliyi Oyunlarında və dünya çempionatında da uğurlu çıxış etmək istəyirəm. Üstəlik, indiyədək Azərbaycanın yeganə təmsilçisiyəm ki, dünya çempionatına lisenziya qazanmışam. Bu, məndə xüsusi məsuliyyət yaradır. Həm də əlavə motivasiya verir. Mən qayıtdım, bu, karyeramda yeni mərhələnin başlanğıcıdır".

Qeyd edək ki, İrina Zaretska Dünya Oyunlarının finalında İsveçrə təmsilçisi Elena Quirici ilə dueldən məğlub ayrılıb.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !