Millinin ukraynalı yeni baş məşqçisi: "Azərbaycanda triatlonun inkişafı üçün əlimdən gələni edəcəyəm"
sizinxeber.az xəbər saytı

Millinin ukraynalı yeni baş məşqçisi: "Azərbaycanda triatlonun inkişafı üçün əlimdən gələni edəcəyəm"


Göstərilən etimada görə qürur hissi keçirirəm və əlimdən gələni edəcəyəm ki, Azərbaycanda triatlon inkişaf etsin və komanda yeni səviyyəyə yüksəlsin.

Bunu "Report"a açıqlamasında triatlon üzrə Azərbaycan millisinin ukraynalı yeni baş məşqçisi Oleksandr Mordasov deyib.

Mütəxəssis bu posta təyin olunması ilə bağlı fikirlərini bölüşüb:

"Bu komandaya rəhbərlik etmək mənim üçün böyük şərəf və məsuliyyətdir. Azərbaycanda irəliləyiş üçün bütün imkanlar - infrastruktur, federasiyanın dəstəyi və istedadlı idmançılar var".

O, qısa və uzunmüddətli hədəflərdən söz açıb:

"Qısamüddətli hədəfimiz hazırkı milli üzvlərinin hazırlıq səviyyəsini yüksək tutmaq və qarşıdakı beynəlxalq yarışlarda layiqincə çıxış etməkdir. Eyni zamanda heyətin genişləndirilməsi, daxili rəqabətin gücləndirilməsi və ehtiyat qüvvənin inkişafı üzərində fəal işləyəcəyik. Uzunmüddətli məqsədlərimiz isə Azərbaycanın dünya çempionatları və Yay Olimpiya Oyunları da daxil olmaqla, nüfuzlu beynəlxalq turnirlərdə davamlı təmsil olunması və ölkə daxilində güclü idmançı hazırlığı sisteminin qurulmasıdır".

Baş məşqçi yığmaya əcnəbi triatlonçunun dəvət olunmayacağını söyləyib:

"Hazırda yeni legioner idmançının milliyə cəlb olunması gündəmdə deyil. Əsas diqqət yerli idmançıların inkişafına, güclü milli ehtiyatın formalaşdırılmasına və azərbaycanlı atletlərin yüksək nəticələrə öz gücləri ilə nail olacağı bir sistemin qurulmasına yönəlib. Biz öz idmançılarımızın potensialına inanırıq və onların uzunmüddətli inkişafına yatırım etməyə hazırıq".

Oxşar xəbərlər

Triatlon üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin təqdimat mərasimi keçirilib
Niderlandda ən yaxşı seçilən azərbaycanlı hakim: "Uğurların davamı üçün əlimdən gələni edəcəyəm"
"Gəncə"nin kapitanı müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər