Sizinxeber.az » İdman » Fərdi » Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinistə həsr olunmuş filmin təqdimat mərasimi keçirilib

Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinistə həsr olunmuş filmin təqdimat mərasimi keçirilib

Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinist Elmira Aslanovaya həsr olunmuş “Arzunun ardınca” filminin təqdimat mərasimi keçirilib.

"Sizinxeber.az" Gənclər və İdman nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilib.

Mərasimdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Azərbaycan Alpinizm Federasiyasının prezidenti Muxtar Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, millət vəkilləri, idman ictimaiyyətinin nümayəndələri, idman veteranları və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, “Arzunun ardınca” filmi təkcə bir qadın alpinistin uğurunu deyil, həm də Azərbaycan qadınının iradəsini və gücünü bir daha göstərir. Həmçinin filmin gənc nəsli, xüsusən də gənc idmançıları qələbəyə ruhlandırdığı qeyd edilib.

Film maraqla izlənilib və alqışlarla qarşılanıb. Sonda tədbir iştirakçıları uğurlu ekran əsərinə görə filmin rejissoru, senari müəllifi Arzu Urşan və qəhrəmanı Elmira Aslanovanı təbrik ediblər.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !