Balkan çempionu olan Azərbaycan atleti: "Daha böyük yarışlarda uğurlar qazanmağı hədəfləyirəm"
Yunanıstanın Volos şəhərində təşkil olunan atletika üzrə Balkan çempionatında qızıl medal qazanan azərbaycanlı atlet Əlhəm Nağıyev daha böyük yarışlarda uğur əldə etməyi hədəfləyib.
Bunu "Report"a fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı bildirib.
O, son uğurundan və gələcək hədəflərindən danışıb:
"Balkan çempionatında belə nəticə əldə etmiyim çox sevindirici haldır. Qızıl medal qazanmaq, Azərbaycanın bayrağını ucalara qaldırmaq gözəl hissdir. Hisslərimi sözlə ifadə etmək çətindir. Növbəti hədəfim məşq proseslərindən asılı olacaq. Daha çox çalışıb, daha böyük yarışlarda uğurlar qazanmağı hədəfləyirəm".
Qeyd edək ki, Ə.Nağyev 200 metr məsafəyə qaçışı 20.70 saniyə göstərici ilə başa vuraraq, ümumilikdə 19 idmançının mübarizəsində birinci olub.
Oxşar xəbərlər
Azərbaycanlı atlet qızıl medal qazanıb
Azərbaycanın daha bir velosipedçisi Balkan çempionatında gümüş medal qazanıb
Azərbaycan atleti Serbiyada qızıl medal qazanıb
Azərbaycan atleti Balkan çempionatında ölkə rekordunu yeniləyib
Azərbaycanın paralimpiya çempionu: "Bütün yarışlarda birinciliyi hədəfləyirəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
