Azərbaycan atleti Balkan çempionatında ölkə rekordunu yeniləyib
sizinxeber.az xəbər saytı

Azərbaycan atleti Balkan çempionatında ölkə rekordunu yeniləyib


Azərbaycan atleti İsgəndər Əsgərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş U-20 Balkan çempionatında 800 metr məsafəyə qaçış üzrə ölkə rekordunu yeniləyib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

İdmançı fevralın 8-də baş tutmuş yarışda 1:59.72 dəqiqə nəticə ilə U-18 yaş kateqoriyasında bu növ üzrə Azərbaycan rekordunu yeniləyib.

Federasiyadan rekordun təsdiqlənmə prosesində olduğu bildirilib.

Oxşar xəbərlər

Amerikalı idmançı dünya rekordunu yeniləyib
Azərbaycan idmançısı Dünya Seriyasında şəxsi rekordunu yeniləyib
Kriştianu Ronaldu özünün dünya rekordunu yeniləyib
"Çelsi"nin futbolçusu 23 il əvvəlki klub rekordunu yeniləyib
İspaniya millisi öz rekordunu yeniləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər