Piastri “Formula 1” Mayami Qran-prisinin qalibi olub
“Maklaren” komandasının Avstraliyalı pilotu Oskar Piastri 2025-ci il “Formula 1” avtomobil yarışları üzrə dünya çempionatının altıncı mərhələsi – Mayami Qran-prisinin qalibi olub.
“Report” xəbər verir ki, ikinci yeri “Maklaren”in britaniyalı pilotu Lando Norris tutub.
Ən yaxşı üçlüyü “Mercedes”i təmsil edən britaniyalı Corc Rassel qapayıb.
Piastri 131 xalla çempionatın ümumi hesabında liderlik edir. İkinci yeri komanda yoldaşı Norris (115) tutur, lider üçlüyü son dörd mövsümün dünya çempionu, “Red Bull”un Niderland pilotu Maks Ferstappen (99) tamamlayır.
Konstruktorlar Kubokunda “Maklaren” (246 xal) liderlik edir. Aparıcı üçlükdə həmçinin “Mercedes” (141) və “Red Bull” (105) yer alır.
Dünya çempionatının yeddinci mərhələsi mayın 16-dan 18-dək İtaliyanın İmola şəhərində keçiriləcək.
Oxşar xəbərlər
“Formula 1”: Norris Mayami Qran-prisinin qalibi olub
Ferstappen “Formula 1” Mayami Qran-prisinin qalibi olub
Norris "Formula-1" Braziliya Qran-prisinin sprint yarışında qalib gəlib
"McLaren" pilotu "Formula 1" üzrə Niderland Qran-prisinin təsnifat mərhələsinin qalibi olub
Norris "Formula-1" üzrə Braziliya Qran-prisinin sprint yarışında qalib gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
