Bu gün "Formula 1"in 75 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək
"Formula 1"in 75 illik yubileyi münasibəti ilə keçiriləcək xüsusi "F1 75 Live" tədbiri bu gün, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
"Sizinxeber.az"un məlumatına görə, Londondakı "The O2 Arena"sında baş tutacaq tədbiri 15000 azarkeş yaxından izləyəcək.
Gecədə "Formula 1"in 10 komandası, sürücüləri və komanda rəhbərləri iştirak edəcək, yeni mövsümdə 2025-ci il avtomobillərinin dizaynları təqdim olunacaq. Tədbirdə yalnız yeni avtomobillər deyil, həm də Lyuis Hemiltonun "Ferrari"yə keçidindən sonra ilk dəfə rəsmi təqdimatı, gənc pilotların debütləri və "Red Bull"un yeni heyəti təqdim ediləcək.
Tədbir musiqi dünyasından da böyük sürprizlərlə zəngindir. Belə ki, Keyn Braun, Take That və MGK kimi sənətçilər səhnəyə çıxacaqlar.
Həmçinin "Formula 1" azarkeşləri üçün bu tədbir F1-in sosial media kanallarında, o cümlədən yutub-da yayımlanacaq.
Qeyd edək ki, Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında təşkil olunacaq.
Oxşar xəbərlər
"Formula 1" komandası yeni pilotunu təqdim edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Formula-1” üzrə dünya çempionatında mövsümə start verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Formula 1": Azərbaycan Qran-prisinin proqramı dəqiqləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Formula 1": "Ferrari" pilotu Bakıda qəza törədib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












