"Formula 1": Azərbaycan Qran-prisinə görə mərkəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda keçiriləcək 2024-cü il "Formula 1" Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində yollarda quraşdırma işləri davam edir.
"Sizinxeber.az" xəbər verir ki, avqust ayının 13-ü saat 23:00-dan etibarən mərkəzi yollarda hərəkət və parkinq məhdudiyyətləri tətbiq olunacaq.
Məhdudiyyətlər avqustun 13-dən 16-dək gecə saat 23:00-dan səhər saat 06:00-a qədər davam edəcək.
Yollar haqqında ətraflı məlumatı təqdim edirik:
13 avqust saat 23:00-dan 14 avqust saat 06:00-dək Xaqani küçəsinin sağ və sol tərəfi, "Azadlıq" kəsişməsindən "Puşkin" kəsişməsinə qədər,
14 avqust saat 23:00-dan 15 avqust saat 06:00-dək Xaqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, "Xaqani-Rəşid Behbudov" və "Xaqani-Azadlıq" kəsişmələri arası,
15 avqust saat 23:00-dan 16 avqust saat 06:00-dək Xəqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, "Bülbül-Xaqani" və "Rəşid Behbudov-Xaqani" kəsişmələri arası.
Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib
Sabah paytaxtın 8 Noyabr prospektinin bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq
8 Noyabr prospektinin kəsişmələrinin birində hərəkət tam məhdudlaşdırılacaq
Bakıda daha bir ərazidə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq
Bakının Əhmədbəy Ağaoğlu küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Atletiko" "Barselona"nı darmadağın etdi
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












