Sizinxeber.az » SÖZÜM VAR ! » Qarabağın bərpası: Təkcə daş yox, yaddaş tikilir

Qarabağın bərpası: Təkcə daş yox, yaddaş tikilir

2020-ci ilin payızında Qarabağ zəfəri ilə Azərbaycan yalnız torpaq qazanmamışdı – qürurunu, kimliyini, sarsıdılmış ədalətini geri almışdı. Amma o zəfərdən sonra başlayacaq yeni dövr – quruculuq dövrü – bəlkə də savaşdan daha çətin və daha strateji bir mərhələ idi. Çünki toprağı geri almaq mümkündür, onu yaşanacaq yerə çevirmək isə iradə, vizyon və plan tələb edir.

İndi artıq o mərhələdəyik. Prezident İlham Əliyevin liderliyi ilə Qarabağ və Şərqi Zəngəzurda tarixdə misli görünməmiş bərpa və yenidənqurma prosesi gedir.

Dağılmış kəndlərdən "Ağıllı kəndlər"ə
30 il ərzində Ermənistanın işğalı altında qalmış torpaqlarda təkcə evlər yox, yollar, məktəblər, tarixlər, xatirələr də məhv olmuşdu. Bu gün həmin yerlər yenidən canlanır. Ağalı, Talış, Laçın, Füzuli, Şuşa... bir zamanlar viranə olan bu torpaqlar indi ağıllı şəhər və kənd modelləri ilə qayıdır.

Prezidentin təşəbbüsü ilə “Böyük Qayıdış” proqramı çərçivəsində infrastruktur quruculuğu, yaşayış evləri, məktəblər, mədəniyyət ocaqları və sənaye zonaları sürətlə inşa edilir. Burada məqsəd təkcə fiziki məkanları bərpa etmək deyil – cəmiyyətin yaddaşını, mədəniyyətini və ruhunu da geri qaytarmaqdır.

Yol çəkilir, həyat gəlir
Zəfər yolu ilə başlayan yolçuluq artıq Ağdam, Kəlbəcər, Zəngilan, Füzuli və Laçına qədər uzanır. Yeni hava limanları (Zəngilan, Füzuli, Laçın), dəmir yolları və avtomobil yolları bölgəni regionun nəqliyyat mərkəzlərindən birinə çevirəcək.

Bu yollar sadəcə asfalt deyil – onlar xalqın evinə qayıtmaq, gələcəyə doğru hərəkət etmək yollarıdır.

Tarix tək binalarda deyil – hafizədədir
Şuşada bərpa olunan məscidlər, Ağdam Cümə Məscidi, Şahbulaq qalası, Xan Sarayı, İsa bulağı — bunlar Azərbaycan xalqının yaddaş kitabının bərpa olunan səhifələridir.

Prezident İlham Əliyev bu prosesi şəxsi nəzarətində saxlayır. Hər səfərində bir kəndə gedir, bir bina yoxlayır, bir sadə vətəndaşla danışır. Bu liderlik yalnız idarəetmə deyil — şəxsi münasibət, dəyər və vətəndaş sevgisidir.

Qarabağda biz nə tikirik?
Bəli, biz yollar, evlər, məktəblər tikirik. Amma əslində biz inam tikirik. Ədalət tikirik. Əbədi suverenliyin sütunlarını möhkəmləndiririk. Bu işlər bugünün yox, gələcək nəsillərin yaddaşına yazılan layihələrdir.

Hər tikilən məktəb, geri dönən ailə, yaşanan küçə bir mesaj verir:
“Biz bura torpaq kimi yox, vətən kimi qayıtmışıq.”

Sonda bir cümlə:
Qarabağın bərpası təkcə bir bölgənin canlanması deyil — Azərbaycanın yenidən doğulmasıdır. Və bu doğuluşun memarı, siyasi iradə sahibi, bu yola ruh verən şəxs — Prezident İlham Əliyevdir.

İzzət Qurbanov
"Sözüm var" layihəsi üçün yazdı.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !