Şuşada "Böyük Qayıdış: Qarabağ" filminin nümayişi baş tutub
2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində "Böyük Qayıdış: Qarabağ" sənədli filmi nümayiş etdirilib.
“Report”un Şuşaya ezam edilən müxbirinin verdiyi məlumata görə, filmdə Qarabağa qayıdışı və bu bölgədə həyatın yenidən canlanması, ümumilikdə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri təsvir edilir.
Filmin müəllifi, "TRT World"un jurnalisti Oubai Şahbandar bildirib ki, bu filmdə əsas məqsəd yalnız münaqişənin tarixi və siyasi tərəflərini deyil, insanların ədalətli mübarizələrini və fərdi hekayələrini vurğulamaq, onların ən çətin şəraitdə belə ümid və nikbinliklə yaşamağa davam etdiklərini nümayiş etdirmək idi.
Həmmüəllif Adnan Hüseyn sənədli filmində Azərbaycan vətəndaşlarının gücünü və mübariz ruhunu göstərməyə çalışdıqlarını qeyd edib. O həmçinin vurğulayıb ki, 30 illik işğala 44 günlük Vətən müharibəsi ilə son qoyan Azərbaycan bu gün Qarabağ bölgəsində inamlı "Böyük Qayıdış" Proqramına start verib. Doğma yurdlarından vaxtilə didərgin düşən məcburi köçkünlər evlərinə geri dönür, kənd və şəhərlər müasir üslubda bərpa edilir, Qarabağda əsl yenilənmə prosesi gedir.
Qeyd edək ki, ekran əsərində Azərbaycanın ən qədim tarixi bölgələrindən olan Qarabağın işğalı zamanı aparılan məqsədyönlü dağıdılma, mədəni irsin məhvi nəticəsində yerlə-yeksan edilən şəhərlərin indi - 30 illik işğaldan sonra canlanma prosesi, hazırda dirçəlməkdə olan Ağdam, Şuşa, Laçın, Füzuli, Zəngilana geri dönən yerli sakinlərin təəssüratları, rəsmi şəxslərin, ekofəalların görülən işlər barədə fikirləri əksini tapıb.
Filmin yekununda isə Qarabağa geri dönən insanların gələcəyə böyük ümidlə baxdığı, həyatlarını doğma torpaqlarında şövqlə davam etdirdikləri təsvir olunur.
Oxşar xəbərlər
“Qarabağda 44 gün” - “Haber Global”ın SƏNƏDLİ FİLMİ + VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Qaçqınkom”dan azad olunan ərazilərə köçürülən şəxslərlə bağlı iddialara CAVAB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Möhtəşəm plan: Şuşanın “işğal günü”, görün, nə hazırlanır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: “İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə gələn il 2,4 milyard dollar ayrılacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Digər rayonların sakinləri Qarabağdan ev ala bilərmi? - RƏSMİ AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












