Bu şəxslərə 700 manat birdəfəlik müavinət ödənilib
Ötən il insan alveri qurbanı olan qadınlardan 33-ü Türkiyədə cinsi istismara məruz qalıb.
Sizinxeber.Az Bizim.Media-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bugünkü birgə iclasında müzakirə olunan insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əks olunub.
Bildirilib ki, 2025-ci ildə müəyyən edilmiş 46 (-45) insan alveri qurbanının hamısı (qadınlar) Azərbaycan Respublikasının vətəndaşı olmaqla 33-ü Türkiyə Respublikasında, 10-u Birləşmiş Ərəb Əmirliklərində, 3-ü Pakistan İslam Respublikasında cinsi istismara məruz qalıb.
Qurbanlardan 4-ü 18-25 yaş arası, 28-i 25-35 yaş arası, 14-ü 35 yaşdan yuxarı yaş həddində olub.
Zərərçəkmişlərin reabilitasiyası və reinteqrasiyası üçün zəruri tədbirlərin görülməsi də diqqətdə saxlanılmış, hər birinə 700 manat məbləğdə birdəfəlik müavinət ödənilib.
Qeyd edilib ki, onların hamısı Daxili İşlər Nazirliyinin müvafiq sığınacağına yеrləşdirilərək tibbi (HİV, AİDS, CYÖX, ginekoloji, terapevt), sosial, psixoloji, hüquqi yardımlarla və zəruri geyimlə təmin olunub.
Daha 16 qurban pеşə kurslаrınа yönəldilib, 9 qurbanın işlə, 6-nın şəxsiyyət vəsiqəsi ilə təmin edilməsində, 1 qurbanın tibb müəssisəsində müalicə və 11 qurbanın ünvanlı sosial yardım almasında, 23 qurbanın isə аilələrinə qаyıtmasında köməklik еdilib.
Oxşar xəbərlər
Azərbaycanlı qadınlar Türkiyə, BƏƏ və Pakistanda cinsi istismara məruz qalıblar
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
Azərbaycan vətəndaşlarının hansı ölkələrdə insan alverinin qurbanı olduqları açıqlanıb
“WhatsApp”, “Tik-tok”, “İnstagram” və “Telegram” vasitəsilə törədilən insan alveri cinayətlərinin sayı açıqlanıb
İnsan alveri: 10 nəfər İnterpol kanalları ilə axtarışdadır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
