Azərbaycanlı qadınlar Türkiyə, BƏƏ və Pakistanda cinsi istismara məruz qalıblar
sizinxeber.az xəbər saytı

Azərbaycanlı qadınlar Türkiyə, BƏƏ və Pakistanda cinsi istismara məruz qalıblar


İnsan alveri cinayəti törətməkdə təqsirləndirilən 10 şəxsin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.

Sizinxeber.az Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.

Vurğulanır ki, onlardan yeddisinin Türkiyədə, birinin Pakistanda, birinin Rusiyada, birinin isə Birləşmiş Ərəb Əmirliklərində gizləndiyi ehtimal edilir.

Sənəddə qeyd olunur ki, hesabat ilində müəyyən edilmiş 46 insan alveri qurbanının hamısı (qadınlar) Azərbaycan vətəndaşı olmaqla 33-ü Türkiyə Respublikasında, 10-u Birləşmiş Ərəb Əmirliklərində, 3-ü Pakistanda cinsi istismara məruz qalıb.

Qurbanlardan 4-ü 18-25 yaş arası, 28-i 25-35 yaş arası, 14-ü 35 yaşdan yuxarı yaş həddində olub.

Oxşar xəbərlər

2025-ci ildə 198 insan alveri cinayəti qeydə alınıb
İnsan alveri cinayəti ilə bağlı 10 şəxs İnterpol kanalları ilə axtarışdadır
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
Azərbaycan vətəndaşlarının hansı ölkələrdə insan alverinin qurbanı olduqları açıqlanıb
“WhatsApp”, “Tik-tok”, “İnstagram” və “Telegram” vasitəsilə törədilən insan alveri cinayətlərinin sayı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər