"3 manatlıq kabab" kafesində nöqsanlar - Foto
sizinxeber.az xəbər saytı

"3 manatlıq kabab" kafesində nöqsanlar - Foto


Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Elşən Ələsgər oğluna məxsus "3 manatlıq kabab" kafesində plandankənar yoxlama keçirilib.

Bu barədə Sizinxeber.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı müəssisədə ümumi sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qeyri-qənaətbəxş olduğu, məhsulların müvafiq icazə sənədlərinin olmadığı müəyyən edilib.

Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub. İstehlaka təqdim edilən ət məhsullarından nümunələr götürülüb. Nöqsanlar aradan qaldırılanadək kafedə xidmətlərin göstərilməsinin qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul olunub.

Oxşar xəbərlər

“Keşlə” bazarında istehlaka yararsız 800 kq-a yaxın balıq məhsulu aşkarlanıb
Bakıda suşi hazırlayan müəssisədə nöqsanlar aşkarlanıb
Şahbuzda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb
Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərləndi - Foto
Sumqayıtda un məmulatları müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər