Bakıdakı marafonun qalibinə 6 min manat veriləcək
Mayın 3-də ilk dəfə keçiriləcək tam marafonda qaliblərin mükafatları bəlli olub.
Sizinxeber.Az xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il təşkil olunan marafon bu il ilk dəfədir ki, yarımarafon deyil, tam marafon kimi keçirilir. 42 kilometr məsafəni qət edəcək ilk 3 yerin kişi və qadın qaliblərinin hər biri sertifikat və pul mükafatları ilə təltif olunacaq.
1-ci yer sahibinə 6 000 AZN, 2-ci yerin qalibinə 4 000 AZN, finişə 3-cü çatan iştirakçıya isə 2 000 AZN pul mükafatı təqdim ediləcək. Bundan əlavə, 42 km məsafəni tamamlayan bütün iştirakçılara medallar veriləcək.
Daha qısa məsafəni qət edən iştirakçıların da mükafatlandırılması qərara alınıb. Belə ki, 42 km məsafənin öhdəsindən gələ bilməyib 21 km yarımarafon məsafəni yarışan ilk 2000 iştirakçı medal, 10 km məsafəni tamamlayanlar isə sertifikatlarla təltif olunacaq.
Marafonda iştirak üçün qeydiyyat aprelin 25-də başa çatır.
Oxşar xəbərlər
Qəbələ-Xankəndi ultramarafonununun qalibləri mükafatlandırılıb
"Bakı Marafonu"nda rekord iştirakçı qeydiyyatdan keçib
“Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib - FOTOLENT - YENİLƏNİB
"Prezident Kuboku" uğrunda tam məsafəyə marafon qaçışı keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
