DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2025
10:30

DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb

10 in, 2025
10:30
468

DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb

Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb.

Naməlum nömrələrdən gələn zənglər və mesajlar vasitəsilə vətəndaşların şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi cəhdlərinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi əhalini diqqətli olmağa çağırır.

İyunun 9-da vətəndaşların bank hesablarından kiberyolla pul vəsaitlərinin oğurlanması ilə bağlı polis orqanlarına hər hansı müraciət daxil olmayıb.

Vətəndaşlara bir daha xatırladılır ki:

— Bank kartlarının CVV/CVC kodu, istifadə müddəti, və SMS-lə göndərilən OTP şifrələri (birdəfəlik şifrələr) mütləq şəkildə məxfi saxlanmalıdır.

— Bu məlumatların üçüncü şəxslərlə paylaşılması nəticəsində bank hesablarından pul oğurluğu, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatlarının həyata keçirilməsi mümkündür.

Vətəndaşlara tövsiyə edirik ki, naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verməyin, heç bir halda şəxsi və maliyyə məlumatlarınızı paylaşmayın, şübhəli ünsiyyət halında əlaqəni dərhal kəsin və nömrəni bloklayın.

Qeyd edək ki, bu cür hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər.

MƏLUMAT YENİLƏNİR ...

Bizimlə əlaqə saxlayın