AQTA rəsmisi: Eyni dönərxanada zəhərlənmənin baş verməsi qaydalara düzgün riayət olunmaması ilə bağlıdır
sizinxeber.az xəbər saytı

AQTA rəsmisi: Eyni dönərxanada zəhərlənmənin baş verməsi qaydalara düzgün riayət olunmaması ilə bağlıdır


Naxçıvanda eyni dönərxanada ikinci dəfə bu halın baş verməsi mövsümlə, məhsulların saxlanması, istifadə qaydalarının pozulması ilə əlaqədar ola bilər.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan MR Qida Təhülikəsizliyi Agentliyinin Qida zənciri nəzarət şöbəsinin müdiri Orxan Orucov jurnaslistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu kimi hallar riskli xidmət sahələrində qida zəhərlənmələrinin yaranmasına səbəb ola bilər:

"Dönərxanada araşdırma davam etdirilir, qida zəncirinin müvafiq mərhələlərində aparılan araşdırma istər çiy dönər saxlanması və ya emalı müəsissəsində, eləcə də dönər üçün nəzərdə tutulan, həm də termiki emala məruz qalmış dönərdən də nümunələr seçilir və orada istifadə olunan sosuslar, ketçuplar, moyanezlərdən də nümunələr seçilib və qida təhlükəsizlik institunun labaratoriyasına təqdim olunub".

Qurum rəsmisi əlavə edib ki, həmin məhsullarla bağlı normativ hüquqi akt qəbul olunub:

"Həmin aktda qeyd olunan temperatur rejimi tələblərinə əməl etmək lazımdır. İstifadə olunan moyanez, ketçup və digər souslar müvafiq temperaturda saxlanılmadıqda, gigiyenik qaydalar pozulduqda sonda bu kimi arzuolunmaz hadisələrə səbəb olur".

Xatırladaq ki, anoloji hadisə həmin məkanda bundan əvvəl mayın 22-də qeydə alınmışdı. Həmin vaxt isə 7 nəfər dönərdən zəhərlənmişdi.

Oxşar xəbərlər

Dönərlə bağlı yeni texniki normativ hüquqi akt hazırlanıb
Bu il qida zəhərlənmələri ilə bağlı AQTA-ya 238 müraciət daxil olub
Naxçıvanda kütləvi qida zəhərlənməsi olub
Naxçıvanda kütləvi qida zəhərlənməsi baş verən dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
AQTA: Azərbaycanda istehsal olunan bir sıra qida məhsullarının ixracı artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle