Naxçıvanda kütləvi qida zəhərlənməsi baş verən dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Naxçıvanda kütləvi qida zəhərlənməsi baş verən dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.
"Report"un yerli bürosunun məlumatına görə, 9 nəfərin qida zəhərlənməsinə səbəb olan Naxçıvan şəhəri Ə.Əliyev küçəsi, ev 20 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məmmədov Cəbrayıl Natiq oğluna məxsus “Tac dönər” adlı dönərxanada Agentliyin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı dönərxanada normativ tələblərin pozulduğu məlum olub. Belə ki, məhsulların müvafiq temperaturda saxlanılmadığı, temperaturun monitorinqinin həyata keçirilmədiyi və qeydiyyatının aparılmadığı, içkilərin birbaşa günəş şüaları altında saxlanıldığı, soyuducularda mal qonşuluğu prinsipinə əməl olunmadığı aşkarlanıb.
Şübhəli məhsul hesab edilən mayonez, sous, ət və toyuq dönərlərindən nümunələr seçilərək analizlərin aparılması üçün Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və dönərxananın dönər emalı hissəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Bakıda ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Qəbələdə kütləvi zəhərlənmə ilə bağlı araşdırma başlanılıb
Türkiyədən gətirilən bioloji aktiv qida məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Tunisə qalib gələn Niderland qrupunu birinci sırada bitirib - YENİLƏNİB-6
